24 июл 2019
Təqvimdə hər bir insanın özünəməxsus bir günü olur. Bəzən insan özünü o günün qəhrəmanı hiss edir. Mənim elə günüm bu günümdür. Amma nədənsə, öz ad günümdə qəribə hisslər keçirirəm. Ad günümdə, bütün yaşadıqlarım, kino lenti kimi gözümün önündən gəlib-keçir. Bir anlıq geriyə, ötən illərə boylanıram. Bu illər ərzində nələr qazanmışam, nələr itirmişəm. Görəsən niyə? Hamıdamı belə olur?... Uşaqlıqda hamıdan tez böyüməyi istədiyim halda, niyə indi kövrəlirəm? Bəlkə qayğı və məsuliyyətdən qurtarmaq üçün? Həyatımda şirinli - acılı günlərim olub, amma həyatı, yaşamağı, səbr etməyi, sevməyi-sevilməyi bacarmışam. İnsan elə yaşamalıdır ki, geriyə baxanda peşman olmasın, xəcalət hissi keçirməsin. Əksinə, yaşadıqları ilə qürur hissi keçirsin. Bu gün mənim ad günümdür. Zəng edirlər, təbrik edirlər, deməli, məni az - çox istəyənlərim var. Əzizlərim var. Olun inwAllah Allah sizleri var elesin Amma qəlbimdə bir hüzn var: "İllər nə tez keçdi" deyirəm özüm-özümə.
♧♤Несими♤♧ ♧♤Несими♤♧
0:54
1 КОММЕНТАРИЙ
Тагрул Гасымов
Раскадровка